Xankəndidə rus təxribatı
Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də yoxdur
Xankəndidə baş tutan mitinqə Ermənistandan avtobuslarla adamlar daşıyıblar - burası aydındır. Mesaj da aydındır ki, guya demokratikdirlər, “onlar vətəndaşların ən təməl hüquqlarından biri olan sərbəst toplaşma hüququnu belə, tanınmayan Azərbaycanla birgə olmaq istəmirlərlər”.
Amma iki məsələ də mənə tam aydındır:
1) Ermənilərin davası demokratiya deyil, ərazi iddiası və terrorizmdir, sadəcə indi bunu demokratiya ilə pərdələmək istəyirlər. Demokratiyanın olmaması hansısa ölkənin ərazisini işğalda saxlamaq və separatizm üçün səbəb deyil, ola da bilməz,
2) O qədər adamı Ermənistandan daşıyan avtobusları "rusməramlılar" niyə ora buraxıblar? Deməli, Rusiyanın da marağı elə bir mitinq təşkil etmək idi, orada dalğalanan Rusiya bayraqları da buna sübutdur. Soçi görüşündən öncə belə bir addımla təzyiq yaratmaq istəyirlər.
Soçi görüşündən müsbət qərarlar çıxmasa, əks addım kimi Laçın yolu bağlanmalıdır - Zəngəzur koridoru yoxdursa, Laçın koridoru da yoxdur, vəssalam!
Müəllif: Elxan Şahinoğlu (politoloq)
Mənbə: “Facebook”