“Azərbaycanın terror aktının hərtərəfli araşdırılmasını tələb edir” – SPİKER

“Azərbaycanın terror aktının hərtərəfli araşdırılmasını tələb edir” –

Sahibə Qafarova: “Parlament səfirliyimizə qarşı qanlı terror aktını pisləyib”

“Yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Tehrandakı səfirliyimizə terror hücumu olub. Səfirliyin bir əməkdaşı hücumun qarşısını alarkən şəhid olub, ikisi yaralanıb. Parlament bu qanlı terror aktını pisləyib”.

“Avronews” xəbər verir ki, bu barədə bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında spiker Sahibə Qafarova açıqlama verib.

Bildirib ki, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransında iştirak zamanı, o cümlədən İran parlamentinin sədri də daxil olmaqla keçirilən ikitərəfli görüşdə Tehranda səfirliyimizə qarşı törədilən terror aktı ilə bağlı müzakirə aparılıb: “Bu görüşlərdə Azərbaycanın terror aktının hərtərəfli araşdırılmasını tələb etdiyini bir daha diqqətə çatdırdım”.