Təbriz kimi müqəddəs mövzuları yatağa salmayın!

Təbriz kimi müqəddəs mövzuları yatağa salmayın!

Bu gün İranı söyürlər, sabah sifariş gəlsə, Türkiyəni söyəcəklər

Bir var illərdir Vahid Azərbaycan ideyasını daşıyanlar, bir də var "Heyvagülü" oynayanlar. Birincilər üçün Cənubi Azərbaycan ideyası həyatlarından da önəmlidir, ikincilər isə nə hava sifariş edilsə, ona rəqs edəcəklər.

Bu gün İranı söyürlər, sabah sifariş gəlsə, Türkiyəni söyəcəklər. 44 günlük savaş dövründə, Rusiya ilə münasibətlər nisbətən istiləşəndə Putini təbliğ edənlər, sabah asanlıqla Ankaranı təhqir edəcəklər.

Ən əsası: "baz oğlanlar", pulunuz çoxdur, istənilən yerdə özünüzə məşuqə saxlaya bilərsiniz, amma Təbriz kimi müqəddəs mövzuları yatağa salmayın.

O bir-birinə bənzər "sarışınlarınızı" (sonradan sarışın olanları), burcuda-burcuda belə dərin mövzulardan danışdırmayın, bu millətin qurd ürəyi yeyən oğulları hələ ölməyib.

Bu fikirlər kişi cinsindən olub, sifarişlə turançı olan simasızlara da aiddir.

P.S. "Qız tutmaq" istəyən qardaşlar, başqa yerdə ova çıxın. Türklük və Vahid Azərbaycan ideyasından insanları iyrəndirməyin, bu ideyaya illərimizi vermişik. Yaşasın Bütöv Azərbaycan!

Müəllif: Azər Rəşidoğlu (politoloq)

Mənbə: “Facebook”