Naxçıvanda erməni PUA-sı vuruldu

Naxçıvanda erməni PUA-sı vuruldu

Pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib

Naxçıvanda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib. “Avronews” xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir:

“Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətlərini davam etdirir. Sentyabrın 16-sı gündüz saatlarında Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib”.