“Türkiyədəki zəlzələ Azərbaycanda da hiss edilib”
Baş direktor: “Məsafə uzaq olduğundan təsiri az olub”
Türkiyədə baş verən zəlzələ Azərbaycanda bəzi insanlar tərəfindən hiss olunub. “Avronews” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.
“Zəlzələ Naxçıvan və Lənkəranda hiss edilib. Məsafə uzaq olduğundan təsiri az olub”, - deyə o bildirib.