Rus avtomobillərinin ərazimizdən keçidi davam edir
Laçın-Xankəndi yolundan RSK-ya məxsus daha 6 avtomobil keçib
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı azərbaycanlı eko-fəallar tərəfindən keçirilən etiraz aksiyası davam edir.
“Avronews” aksiya iştirakçılarına istinadən xəbər verir kli, aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillər keçməkdədir.
Bu gün səhər saatlarından indiyədək aksiya keçirilən ərazidən 6 maşın keçib. Etirazçılar onların sərbəst keçidini təmin ediblər.