Türkiyədə növbəti zəlzələ
Bu dəfə Ərzurum bölgəsində
Türkiyədə daha bir zəlzələ baş verib. “Avronews” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ Ərzurum bölgəsində baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 20:57-də qeydə alınıb. Zəlzələnin gücü 4,6 balla qiymətləndirilib.