Etirazçılar sühməramlıların təchizat karvanının keçişinə imkan yaradıblar
Azərbaycanın təbii sərvətlərinin talanması əleyhinə başladılan aksiyann 8-ci günüdür
Azərbaycan eko-fəallar, ictimaiyyət nümayəndələri tərəfindən Şuşa yaxınlığında, Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası 8 gündür davam edir. “Avronews” aksiya iştirakçılarına istinadən xəbər verir ki, bu gün Rusiya sülhməramlılarına məxsus təchizat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib.
Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.