Erməni nazirdən Laçın yolu ilə bağlı vəd - VİDEO

Erməni nazirdən Laçın yolu ilə bağlı vəd -

Qnel Sanosyan: “Biz prosesi üç hissəyə bölmüşük, fəal işləyirik

Laçında alternativ yolun tikintisinə başlanılıb. Bu barədə avqustun 4-də Ermənistan hökumətinin iclasından əvvəl jurnalistlərə açıqlamasında ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan məlumat verib.

“Təchizat işləyir, yol çəkilir. Biz prosesi üç hissəyə bölmüşük, fəal işləyirik. Yolun tikintisi yaza qədər başa çatacaq”, - deyə Sanosyan bildirib.

“Türkiyə sərhədinə gedən yolda təmir işləri aparılırmı” sualına isə nazir belə cavab verib: “Belə bir proses getmir”.

(news.am)