İki əsrdir ibrət götürməmişik
Böyüyən manqurtlarmı yazacaqlar yeni tariximizi?
10 fevral 1828. Türkmənçay kəndi, Təbriz yaxınlığı. 195 il əvvəl bu gün Türkmənçay müqaviləsi imzalandı. Müqavilə Qacar Xanədanlığı ilə Rusiya İmperiyası arasında imzalandı. Araz çayı iki İmperiyanın sərhəddi oldu...
30 ildən çox keçib müstəqilliyimizin bərpasından. Ancaq hələ də bu tarixi hadisəni düzgün öyrədə bilməmişik xalqımıza.
Nə qədər görüləsi iş var, kim edəcək, nə vaxt edəcəklər bunları? Böyüyən manqurtlarmı yazacaqlar yeni tariximizi?
Ana dilini bilməyən qaragüruhmu qoyacaq millətimizin imzasını imzalar arasına?...
Taleyin nə qəribə ironiyasıdır ki, Türkmənçay müqaviləsinin imzalandığı 10 fevral günü Rusiyada diplomatların peşə bayramı günüdür.
Aşağıdakı foto haqqında qeyd: V.İ.Moşkovun orijinalından К.Osokin, “10 fevral 1828 tarixində Türkmənçay sülh müqaviləsinin imzalanması”.
Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)
Mənbə: “Facebook”