Azərbaycanlı xilasedicilər 46 nəfəri dağıntılar altından sağ çıxarıblar
General: “İndiyədək xilasedicilərimiz dağıntılar altından 290-dan artıq meyit çıxarıblar”
“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 725 nəfərdən ibarət xilasediciləri Kahranmaraş şəhərində fəaliyyət göstəririlər”.
“Avronews” xəbər verir ki, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Türkiyənin zəlzələ bölgəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, azərbaycanlı xilasedicilər 46 nəfəri dağıntılar altından sağ çıxarıblar: “Artıq 5-ci gündür ki, axtarış-xilaetmə işləri həyata keçirilir. İndiyədək xilasedicilərimiz dağıntılar altından 290-dan artıq meyit, 46 nəfəri isə sağ olaraq çıxarıblar”.