“Azərbaycandan könüllülər Türkiyəyə köməyə gələcəklər” – Nazir
Ceyhun Bayramov: “Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, Türkiyənin yanındayıq”
“Azərbaycanın dörd bir yanından Türkiyəyə yardım toplanır. Azərbaycandan könüllülər də zəlzələ bölgəsinə gəlmək istəyirlər. Onlar hissə-hissə buraya köməyə gələcəklər”.
“Avronews” xəbər verir ki, bu açıqlamanı Türkiyənin zəlzələ bölgəsinə səfər edən Azərbaycanın xarici naziri Ceyhun Bayramov verib.
O, Azərbaycanın Türkiyənin zəlzələdən zərərçəkən bölgələrinin bərpasında iştirak edib-etməyəcəyi məsələsinə də aydınlıq gətirib: “Biz bu barədə də danışmışıq. Zəlzələdən irəli gələn hər məqamın özünün prioritetləri var. Hazırda insanları xilas etmək, yaralılara kömək etmək əsasdır. Növbəti mərhələ təbii ki, bu bölgələrin hamısının yenidən ayağa qaldırılmasıdır. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq zaman mesajı da verib ki, 1 il ərzində bunu edəcəklər. Azərbaycan dövləti olaraq, cənab Prezident İlham Əliyev artıq bəyan edib ki, biz Türkiyənin yanındayıq”.