KTMT: Azərbaycan-Ermənistan sərhədində hərbi qüvvə yerləşdirməyəcəyik

KTMT: Azərbaycan-Ermənistan sərhədində hərbi qüvvə yerləşdirməyəcəyik

“İki ölkə sərhədində təşkilatın qüvvələrindən istifadə etmək müzakirə mövzusu deyil” - Anatoli Sidorov

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana sülhməramlılar göndərməyi planlaşdırmır. “Avronews” xəbər verir ki, bu barədə KTMT Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov açıqlama verib.

“İki ölkə sərhədində təşkilatın qüvvələrindən istifadə etmək müzakirə mövzusu deyil. Biz Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşacağına ümid edirik”, - deyə o bildirib.

Xatırladaq ki, daha əvvəl KTMT missiyasının Ermənistana sentyabrın 15-də gələcəyi bildirilirdi.