Türkiyədə təbii fəlakət qurbanlarının sayı 20 min nəfəri keçib

Türkiyədə təbii fəlakət qurbanlarının sayı 20 min nəfəri keçib

Qardaş ölkədə zəlzələdə ölən və yaralananların sayı artmaqda davam edir

Türkiyədə baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həlak olanların sayı 20 213 nəfərə çatıb.

“Avronews” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

“Yaşanan təbii fəlakət nəticəsində 80 052 nəfər xəsarət alıb”, - deyə o bildirib.