TDT Baş katibi “Quran”ın yandırılmasını qınayıb
Baş katib bu mənfur əməli ən kəskin şəkildə pisləyib
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, səfir Kubanıçbek Ömürəliyev İsveç və Danimarkada “Quran”ın yandırılmasını qınayıb.
“Avronews” xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.
Məlumatda baş verən bu mənfur əməl ən kəskin şəkildə pislənilir.
Qeyd edək ki, İsveç və Niderlanddan sonra Danimarkada müsəlmanların müqəddəs kitabı “Quran”a qarşı təhqiramiz hərəkətlərə yol verilib. Eyni hadisənin Finlandiya və Norveçdə baş verməsinin qarşısı alınıb.