“Türkiyəyə humanitar yardımları bundan sonra da davam etdirəcəyik” – İLHAM ƏLİYEV

“Türkiyəyə humanitar yardımları bundan sonra da davam etdirəcəyik” –

Prezident: “Türkiyədəki faciə Azərbaycan xalqını dərindən sarsıtdı”

“Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Türkiyəyə humanitar yardımları bundan sonra da davam etdirəcək. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır”.

“Avronews” xəbər verir ki, bunu İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib. Dövlət başçısı ölkəmizin bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu bildirib və qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə edib.

“Türkiyədəki faciə Azərbaycan xalqını dərindən sarsıtdı. Zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram”, - deyə Əliyev bu faciədən çox kədərləndiyini və onun Azərbaycan xalqını dərindən sarsıtdığını vurğulayıb.