Rusiya aerodromları bombalanıb
Bu təyyarələr vaxtaşırı Ukrayna ərazisinə raket zərbələri endirir
Rusiyanın Saratov vilayətindəki “Engels-2” aerodromuna dron hücumu olub. Bu aviabazada Rusiya Hava Kosmik Qüvvələrinin strateji aviasiyası (Tu-95 və Tu-160) yerləşir. Bu təyyarələr vaxtaşırı Xəzər istiqamətində uçub, oradan Ukrayna ərazisinə raket zərbələri endirirlər.
Hadisə nəticəsində 2 strateji bombardmançının zədə aldığı bildirilir.
“Engels-2” aerodromu Ukrayna sərhədlərindən təxminən 800 km uzaqlıqdadır.
Rusiya strateji aviasiyasının istifadəsindəki “Dyaqilevo” (Ryazan yaxınlığı) aerodromunda da partlayış baş verib, 3 nəfər ölüb.
Müəllif: Şahin Cəfərli (politoloq)
Mənbə: “Facebook”