Azərbaycandan Türkiyəyə 855 min manat maddi yardım edilib

Azərbaycandan Türkiyəyə 855 min manat maddi yardım edilib

XİN: Humanitar yardım Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə çatdırılıb

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycandan Türkiyəyə 6-9 fevral tarixlərində edilən yardımlar açıqlanıb.

“Avronews” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, humanitar yardım Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə çatdırılıb.

Ümumilikdə, Azərbaycandan Türkiyəyə 855 000 manat maddi yardım edilib.