Bakı Xankəndi üzərində gücünü göstərdi

Bakı Xankəndi üzərində gücünü göstərdi

Vardanyanı Rusiyanın da qoruya bilməməsi onu göstərir ki...

Vardanyan “vəzifəsindən” uzaqlaşdırılması Bakının əsas tələblərindən biri idi və bunun baş verməsi müəyyən nəticələri də ön plana çıxarır: 

1. Bakının Xankəndi üzərində siyasi təsirinin hansı səviyyədə olduğu göründü;

2. Qarabağdakı erməni əhali Bakının təsir gücünün əyani şəkildə şahidi oldu: Vardanyan erməni əhalisinə “pul buraxaraq” özünü “xilaskar” kimi göstərməyə başlamışdı, onun göndərilməsi əhali arasında Azərbaycanla hesablaşma məcburiyyətini artırır; həmçinin, “separatçı rejimin Rubeni göndərməklə Bakının tələbi icra olundu” rəyi erməni əhalisinin Araik və dəstəsinə inamını da azalda biləcək amildir;

3. Vardanyanı Rusiyanın belə “qoruya bilməməsi” separatçılarda da, erməni əhalisində də sülhməramlıların “təhlükəsizliyin qarantı” obrazını zəiflədir.

Müəllif: Asif Nərimanlı (siyasi şərhçi)

Mənbə: "Facebook"