Prezidentdən müjdə: “Ordumuz Laçın şəhərinə yerləşdi”
İlham Əliyev laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edib
Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib. “Avronews” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Twitter" səhifəsində paylaşım edib.
“Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”, - deyə paylaşımda bildirilir.