Paşinyandan etiraf: “Qarşıdurmalar nəticəsində 49 hərbçimizi itirmişik”
Ermənistan hökumət başçısı açıqlama verdi: “Bu, yekun rəqəm deyil”
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddəki gərginlikdə ölən erməni hərbçilərin ilkin sayını açıqlayıb. “Avronews” erməni mediasına istinadən xəbər verir ki, o, bu barədə parlamentdə çıxış edərkən açıqlama verib.
“Qarşıdurmalar nəticəsində 49 hərbçimizi itirmişik. Amma bu, yekun rəqəm deyil”, - deyə Paşinyan bildirib.