Səfərbərlik və “Rus Dünyası”nın vətənpərvərliyi
Ərəb və əfqan “istilasından” sonra Türkiyə bu günlər rus “işğalı” ilə üz-üzədir
Rusiyadan qaçan qaçanadır. Qazaxıstan, Özbəkistan, Ermənistan və Türkiyə – orta sinif və üstü əsasən bu ölkələrə axın edir. Getdikləri yerlərdə özlərinin “koloniyalarını” qururlar. Gözə batmağa başlayırlar.
Ərəb və əfqan “istilasından” sonra Türkiyə bu günlər rus “işğalı” ilə üz-üzədir. Bu axın 20 il əvvəl də müşahidə edilmişdi Türkiyədə. Ancaq bu dəfə vəziyyət fərqlidir.
Evlərin satış qiymətləri 3-4 dəfə artıb. Kirayələr 5-6 dəfə qalxaraq yerli xalqı narahat edir.
Bu narahatlıqlar daha da artacaq. Çünki daşınmaz əmlak qiymətləri ilə kirayə qiymətləri hər şeyin bahalaşmasına gətirib çıxarır. Sosial problemlər onsuz da çətinləşən həyat şərtlərini sürətlə sosial partlayışa sürükləyir.
Aşağıdakı foto Antalyada bir binanın giriş qapısının fotosudur. Mənzillər satıldıqca, qonşular dəyişdikcə ölkənin çöhrəsi də dəyişir…
Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)
Mənbə: "Facebook"