Türkiyədə güclü zəlzələ: 35 nəfər xəsarət alıb, dağıntılar var - VİDEO
Hadisə yerli vaxtla 04:08-də İstanbul yaxınlığında qeydə alınıb
Türkiyədə 5,9 bal gücündə zəlzələ baş verib. “Avronews” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə bu gün səhərə yaxın İstanbul yaxınlığındakı Mərmərə dənizi bölgəsində qeydə alınıb.
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) başlayan yeraltı təkanların episentri Düzce rayonunda, ocağı 6,8 km dərinlikdə yerləşib.
Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərb bölgələrində hiss olunub. İlkin məlumatlara görə, hadisə nəticəsində həlak olan yoxdur. Dağıntıların olduğu bildirilir.
Ölkənin səhiyyə naziri Fahrettin Kocanın “Twitter” hesabında yazdığına görə, zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərin müalicəsi davam etdirilir.