Ruslara məxsus daha 32 avtomobil Laçın-Xankəndi yolundan keçib
Etirazçılar avtomobillərin sərbəst keçidinə şərait yaradıblar
Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq azərbaycanlı eko-fəalların dinc etiraz aksiyası davam edir.
“Avronews” aksiya iştirakçılarına istinadən xəbər verir ki, Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
Bu gün səhərdən axşamadək RSK-ya məxsus 32 maşın aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Etirazçılar avtomobillərin sərbəst keçidinə şərait yaradıblar.