XİN: 6 vətəndaşımız həlak olub
“Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində Verdiyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub”
Türkiyədə baş verən zəlzələ nəticəsində 6 azərbaycanlı həlak olub. “Avronews” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində, 2001-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Verdiyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub. Bununla zəlzələ nəticəsində həlak olan Azərbaycan Respublikasının vətəndaşlarının sayı 6 nəfərə çatıb. Allah rəhmət eləsin!", - deyə XİN-dən bildirilib.