Laçın-Xankəndi yolundan sülhməramlıların maşın karvanı keçib
Etirazçılar yoldan çəkilərək maşın karvanının keçməsinə şərait yaradıblar
Azərbaycanlı eko-fəallar tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiya keçirilən Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus növbəti mülki avtomobillər keçib.
“Avronews” aksiya iştirakçılarına istinadən xəbər verir ki, bu gün RSK-yə məxsus 23 avtomobil Xankəndidən Laçına doğru keçib. Etirazçılar yoldan çəkilərək maşın karvanının keçməsinə şərait yaradıblar.