Kimə sirdir ki, Şuşadakı etiraz aksiyasını hökumət təşkil edib?!
Baş verənlər Rusiyanın, onların “rusməramlı” qüvvələrinin torpaqlarımızda əl-ayağını yığmağa hesablanıb
Dünyada 15-20 ildən çoxdur ki, ekoloji məsələlər gündəmin ilk yerlərindən birini tutur, bütün ölkələr (bir daha – bütün ölkələr) bu məsələdən öz maraqları çərçivəsində istifadə ediblər. Yəni, çox önəmli, Dünya üçün həyati məsələ olan ekoloji problemlərin dövlətlər tərəfindən öz istəkləri çərçivəsində istifadə edildiyini görmüşük.
Bu mənada, Azərbaycan hökumətinin ekoloji məsələləri önə çəkib Laçın yolunu bağlaması, bu yolla Rusiyaya və Kremlin bəslədiyi Xankəndidəki qondarma rejimə təzyiq etməsi çox doğru yanaşmadır. Hətta, məndən olsa, pul xərcləyib ora “Greta Thunbergi” də gətizdirərdim – bəzən dünya ilə onların anladığı dildə danışmaq lazımdır.
İndi isə gələk bizim bəzi “sektor uşaqlarının” (geniş anlamda) dünəndən bəri məqsədi aydın olan davranışlara münasibətinə: Bəziləri bəlli həqiqəqətləri görməzdən gəlib, ağıllı sifətlə deyib-yazıb mənasız sullar verirlər ki, bəs Bakıda, digər rayonlarda, şəhərlərdə niyə aksiya keçirməyə hökumət icazə vermir – indi guya, ağıllı söz danışırlar, cavabını bilmirlər ki?!
Ölkədə avtoritar, sərbəst toplaşmaq hüququnu məhdudlaşdıran sistemdir - dünən biliblər bunu?! Və ya ağıllı görkəmlə sual qoyurlar ki, ölkənin digər mədənlərində, yerlərində ekoloji problemlər yoxdurmu ki, ancaq Qarabağda ekoloji məsələni önə çəkirlər?! Nə tip adamlarsız siz, bilmirsiz ki, bu aksiya bir tək ekoloji məsələ deyil, dünyada olan ekoloji trenddən doğru olaraq istifadə etmək cəhdidir?! Bunu anlamaq üçün kiçicik ağıl bəs edər axı, elə deyil?!
Sifətlərinə intellekt qırıntıları bulaşdırmağa cəhd edərək iddia edirlər ki, bəs, bu aksiyanı hökumət təşkil edib – sabahınız xeyir, başqa nə var-nə yox, kim bilmirdi ki, bunu?! Və ya “Polişinel sirrini” elan edib deyirlər ki, bəs, ölkənin resurları, təbii sərvətləri elə hakimiyyətdə olanlara məxsusdur da – gör e, necə dərin, heç kəsin bilmədiyi məsələnin üstünü açıblar, “mAlAdes" onlara.
Mən niyə məsələyə bu yöndən baxmağa çalışdım, onu da deyim: Bəzi “Sektor uşaqlarının” (bir daha, geniş anlamda) belə məzmunsuz yanaşmaları ölkədə müxaliflik institutuna ziyan vurur, zatən yarıcan olan müxalifətçiliyi nüfuzdan, gözdən salır, xalqın nəbzini tuta bilməmək bir qırağa, millətin siyasi proseslərdən uzaq qalmasına səbəb olurlar, nəticədə ölkədə avtoritarizm daha da güclənir – bu sadə həqiqəti belə, görə bilmirlər.
Son günlər davam edən proseslər məhz Rusiyanın, onların “rusməramlı” qüvvələrinin torpaqlarımızda əl-ayağını yığmağa hesablanıb, bu məqsədə xidmət edəcək hər bir, həm də ekoloji problemləri qapartmaqla atəlan addımlar dəstəyə layiqdir...
Müəllif: Natiq Cəfərli (ReAL Partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert)
Mənbə: “Facebook”