Ermənilərdən yeni “unitaz əməliyyatı” – VİDEOETİRAF
Vartan Qukasyan: “Heç bir dildə bunun tərifi yoxdur və ən əsası, bunu azərbaycanlılar yox, bizim özümüzünkülər törədiblər”
Erməni bloger Vartan Qukasyan sosial şəbəkələrdə Laçından çəkilən videogörüntülər paylaşıb. Caliber.Az xəbər verir ki, bu kadrlarda ermənilərin qarət edilmiş evləri əks olunub.
Qukasyanın sözlərinə görə, bu evləri erməni talançıları qarət ediblər: “Bu görüntüləri görəndə şoka düşdüm. Berdzorda (Laçın - red.) ermənilərin evlərini ermənilər özləri qarət ediblər. Soyğunçuluq sözü bunu yumşaq ifadə edir. Soyğuçuluq evlərdən elektrik avadanlıqlarının, qızıl və pulların çıxarılmasıdır, qarşımızda baş verənlərə isə quldurluq deyilir”.
“Amma evlərdən pəncərələrin, qapıların, kafel-metlaxların, unitazların çıxarılmasına nə söz tapacağımı bilmirəm. Heç bir dildə bunun tərifi yoxdur. Ən əsası isə bunu türklər (azərbaycanlılar - red.) yox, ermənilərin özləri ediblər! Berdzorun (Laçın - red.) veriləcəyini eşidən kimi evləri viran qoymağa tələsdilər. Onlar hətta bu evlərdə hələ də ermənilərin yaşadıqlarına belə, əhəmiyyət vermədilər”, - deyə bloger bildirib.
Onun sözlərinə görə, gördükləri bir daha təsdiqləyir ki, ermənilər arasında “sayı artmaqda davam edən çoxlu zibillər var”: “Gələcəkdə onlar vətənpərvərlikdən, əsl ermənilikdən danışacaqlar. Belə adamlar 30 il ölkəni idarə edib, guya azad edilmiş torpaqları müdafiə ediblər. Ağdamı və başqa şəhərləri qarət edib, yerlə-yeksan etdilər. İstər-istəməz demək istəyirəm ki, budur erməninin əsl siması!!!”.