“Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib” - DSX
Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən düşmənə ağır sarsıdıcı zərbələr endirilib və atəş nöqtələri zərərsizləşdirilib
Sentyabr ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən düşmənə ağır sarsıdıcı zərbələr endirilib və atəş nöqtələri zərərsizləşdirilib.
“Avronews” xəbər verir ki, bu barədə DSX-nın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, şəxsi heyət və hərbi texnika baxımından çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.
Bununla yanaşı, Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı təhdidinin qarşısının alınması zamanı DSX-nın aşağıdakı 8 hərbi qulluqçusu şəxsi igidlik və şücaət göstərib, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olub:
kapitan Mehbalı Fərid Kəmaləddin oğlu;
baş gizir Məmmədov Azər Mustafa oğlu;
baş gizir Məmmədov Nahid Hüseynağa oğlu;
kiçik gizir Nəsirov Ülvü Əsədulla oğlu;
kiçik gizir Rüstəmov Fərid Nofəl oğlu;
kiçik gizir Babazadə Elşən Sahib oğlu;
baş çavuş Rəhimov Təbriz Rəhim oğlu;
baş çavuş Sadıxov Şəmistan Əbdülağa oğlu.
“Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - deyə DSX-dan bildirilib.