Deputat: “Milyonlarla manat vəsait xüms adı ilə İrana göndərilir”
Fazil Mustafa: “Dini ziyarətlər tam dövlətin nəzarətində olmalıdır”
“Azərbaycanda milyonlarla manat vəsait xüms adı ilə yığılaraq İrana göndərilir. Bu, terrorizmin maliyyələşdirilməsidir”.
“Avronews” xəbər verir ki, bu açıqlamanı Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deputat Fazil Mustafa verib.
Bildirib ki, “Soydaşlarımız haqqında” qanunun qəbulu vacibdir: “Dini ziyarətlər tam dövlətin nəzarətində olmalı, müəyyən yerlərə ziyarət edənlər də riskli qrup kimi nəzərə alınmalıdır. Digər tərəfdən, meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir”.