“Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır”
Azərbaycan XİN-dən mina partlayışı ilə bağlı açıqlama
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Twitter“ səhifəsində bu gün Kəlbəcərdə baş verən mina partlayışı ilə bağlı paylaşım edib. “Avronews” xəbər verir ki, paylaşımda bildirilir:
“Bu gün Kəlbəcərdə Ermənistan tərəfindən yerləşdirilmiş minanın partlaması nəticəsində 4 mülki işçi ağır yaralanıb. Bundan başqa, 1 gizir həlak olub, 3 əsgər yaralanıb. 2020-ci il müharibəsinin sonundan bəri mina qurbanlarının sayı 278 nəfərə çatıb. Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır!”.