“Uzun illərdən sonra regionda daimi sülhü təmin etmək üçün imkanlar yaranıb”
Ərdoğan “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Türkiyə-Ermənistan əlaqələrinə də təsir göstərəcək”
“Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi və sülh sazişinin imzalanması regionun normallaşması üçün mühüm addım olacaq. Azərbayan və Türkiyənin Cənubi Qafqazdakı ortaq maraqları sülh və sabitliklə bağlıdır”.
“Avronews” Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında səsləndirib.
“Uzun illərdən sonra regionda daimi sülhü təmin etmək üçün imkanlar yaranıb. Ermənistandan gözləntimiz bu tarixi fürsəti qiymətləndirməkdir”, - deyə o bildirib.
Ərdoğan qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Türkiyə-Ermənistan əlaqələrinə də təsir göstərəcək: “Qardaş Azərbaycanla əməkdaşlığımızı “bir millət, iki dövlət” prinsipi ilə davam etdirməkdə israrlıyıq”.