Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyəyə yardım göndərilib
Dörd günə ümumilikdə 140 105 min manat vəsait göndərilib
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AQAC) Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş şəxslərə dəstək məqsədilə maddi yarım göndərib. “Avronews” AQAC-ın yaydığı məlumata istinadən xəbər verir ki, 4 günə ümumilikdə 1 milyon 554 min 558 lirə (140 105 min manat) vəsait göndərilib.
Məlumata görə, "#SəninləyəmTürkiyəm" adlı yardım kampaniyası davam edir və vətəndaşlar yardım ianələrini aşağıdakı formalarda göndərə bilərlər.
Onlayn İanə: https://yardim.et/az/donations/bank/online
SMS İanəsi: Azercell abunəçiləri 8116 nömrəsinə İANƏ etmək istədiyi məbləği yazaraq SMS vasitəsilə İANƏ edə bilər.
Onlayn cüzdan: http://hesab.az
Ödəmə terminalları: Milliön, eManat