Ərdoğan Azərbaycana yola düşüb – Səfər proqramı

Ərdoğan Azərbaycana yola düşüb –

Türkiyə lideri işğaldan azad edilmiş ərazilərdə bir sıra mərasimlərə qatılacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb. “Avronews” türk mediasına istinadən xəbər verir ki, artıq Türkiyə liderinin səfər proqramı da açıqlanıb.

Proqrama əsasən, Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının və Zəngilanda “Dost Aqropark”ın açılış mərasiminə qatılacaq.

Eyni zamanda, o, Cəbrayılda Qumlaq dəmiryolu stansiyası ilə Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Tədris Mərkəzi, Ağıllı Fidançılıq və Dostluq Meşə Kompleksinin təməlqoyma mərasimlərində iştirak edəcək.

Bundan sonra Azərbaycan və Türkiyə prezidentləri təkbətək görüş keçirəcək, birgə mətbuat konfransında çıxış edəcəklər.