Azərbaycan hərbçisi qar uçqununda həlak olub
Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır
Azərbaycan Ordusunun hərbi qulluqçusu qar uçqununa düşərək həlak olub. “Avronews” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə fevralın 8-i saat 17 radələrində baş verib.
“Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Savalan Hüseynov Gədəbəy rayonu, Əlinağılar kənd sakinidir. Hərbçi bu gün dəfn olunacaq.