Diktatorun qurbanları
Ukraynada ölmək əvəzinə Laçın yolunda vaxt öldürmək
Qarabağdakı Rusiya "sülhməramlıları"nın əksəriyyəti18-20 yaşlı, 55-60 kiloluq yazıq, miskin, yoxsul görkəmli əsgərlərdən ibarətdir. Cəmiyyətdə onların bədheybət obrazı var, əslində bizim lay divara bənəzəyən hərbçilərin yanında cücəyə oxşayan, psixoloji olaraq onlardan qorxan uşaqlardır, içərsində qeyri-ruslar, türkəsillilər də çoxdur.
Müşahidəmə görə, "sülhməramlıları" separatçılar, onların iddiaları qətiyyən maraqlandırmır, Qarabağa xidmət yeri kimi baxır, evə gedəcək günləri sayırlar. Zabitlər isə oradan heç getmək istəməzlər, çünki Ukraynaya gedib ölməkdənsə, Laçın yolunda vaxt keçirib maaş almaq əvəzsizdir.
Bir də, əsgərlərin uşaq simalarına baxıb düşündüm ki, Ukraynada psix diktatorun hikkəsinə görə onminlərlə belə gənc məhv olur. Rejim tükü də tərpənmədən min bir əziyyətlə böyüdülən uşaqları ət maşının ağzına atır. Dəhşətdir....
Müəllif: Elçin Rüstəmli (jurnalist)
Mənbə: “Facebook”