Azərbaycan hərbçiləri tərəfindən Türkiyəyə növbəti yardım – FOTO
Hərbçilər və onların ailə üzvləri zəlzələdən zərər çəkənlərə yardım göndəriblər
Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri tərəfindən Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin (MN) müvafiq hərbi hissələrində yaradılmış toplama məntəqələrinə yardım gətirilməsi davam edir.
“Avronews” MN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, könüllü şəkildə gətirilən növbəti geyim, ərzaq məhsulları və digər zəruri əşyalar təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınıb.
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə yardım tədbirləri davam edir”, - deyə MN bildirir.