Aksiyanın 50-ci günü
Etirazçılar günə Dövlət Himninin səsləndirməklə başlayıblar
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq azərbaycanlı eko-fəallar tərəfindən Laçın-Xankəndi yolunda keçirilən aksiya davam edir.
Bu gün artıq aksiyanın 50-ci günüdür. “Avronews” aksiya iştirakçılarına istinadən xəbər verir ki, etirazçılar günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.