Son durum: 15 nəfər sağalıb
Daha 29 nəfər isə koronavirusa yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb. “Avronews” Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi məlumatına istinadən xəbər verir ki, analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 793 302 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 383 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 202 nəfərdir.
Ölkədə son sutka ərzində 2 653, hazırkı dövrədək isə 6 966 738 test aparılıb.