“Pandemiya sona doğru gedir” – NAZİR
Teymur Musayev: “Əhali arasında kəskin respirator virus yayılıb”
“Hazırda Azərbaycanda əhali arasında müşahidə edilən xəstəlik kəskin respirator virus infeksiyalarıdır”.
“Avronews” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
“Mövsümü qriplə əlaqədar xəstəxanalarda çarpayı fondunda heç bir yüklənmə və bu sahədə heç bir problem yoxdur. Tam dəqiq deyə bilməsək də, ümid edirik ki, pandemiya sona doğru gedir”, - deyə nazir bildirib.