Bayram günləri ölkədə 180 zəhərlənmə faktı qeydə alınıb
Onlardan 21 nəfərinin vəziyyəti ağır olduğu üçün Toksikologiya şöbəsinə yerləşdirilib
Bayram günlərində (31 dekabr-5 yanvar) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 180 müraciət daxil olub.
“Avronews” TƏBİB-in mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciət edənlərin 21 nəfərinin (15-i qadın, 6-si kişi olmaqla) vəziyyəti ağır olduğu üçün Toksikologiya şöbəsinə yerləşdirilib. 159 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Xəstəxanaya yerləşdirilən 21 nəfərdən 7-si dərmandan, 3-ü sirkə turşusundan, 4-ü etanol spirtindən, 4-ü dəm qazından, o cümlədən 2-si allergiyadan, 1-i isə botulizmdən zəhərlənib.
Tibb müəssisəsinə yerləşdirilən şəxslərdən 1-i ambulator müalicə üçün evə buraxılıb, hazırda 20 nəfərin müalicəsinə davam edir. Onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.