Saxta dərman vasitələri ilə mübarizə: Azərbaycan təcrübəsi Türkiyədə - FOTOLAR
İslam Əməkdaşlıq Təşkiltına üzv ölkələrin səhiyyə qurumları arasında fikir mübadiləsi aparılıb
5-7 sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkiltına üzv ölkələrin milli tənzimləyici orqanları tərəfindən “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə təhlükəsiz, effektli və keyfiyyətli dərman və tibbi vasitələrin əlcatanlığı mövzusunda” ikinci konfrans keçirilib.
“Avronews” Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) mətbuat xidmətinə istinadən xəbər verir ki, 44 ölkənin müvafiq qurumlarını təmsil edən 400 nəfərə yaxın iştirakçının yer aldığı konfransda Azərbaycanı AEM PHŞ baş direktorunun müavini Rafiq Xudayev təmsil edib. Tədbirin acılış mərasimi Türkiyənin səhiyyə nazirinin müavini Tolqa Tolunay və Türkiyənin Dərman və Tibbi Vasitələr Agentliyinin rəhbəri Tolqa Karakanın cıxışları ilə başlayıb.
Üç gün davam edən tədbirdə İslam Əməkdaşlıq Təşkiltına üzv ölkələrin səhiyyə qurumlarının müştərək və əlaqəli fəaliyyəti, dərman və tibbi vasitələrin istehsalı, idxal və ixracı, keyfiyyətsiz dərman vasitələrinin dövriyyəsinin qarşısının alınması, COVID-19 pandemiyası ilə mübarizə sahəsində təcrübə və digər məsələlər barəsində geniş müzkirələr aparılıb.
Eyni zamanda, konfransın ikinci günündə Rafiq Xudayev “Saxta dərman vasitələri ilə mübarizə” mövzusunda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin təcrübəsi barəsində prezintasiya təqdim edib.