Kabus geri dönür
Azərbaycanda COVID-19-a yoluxmada kəskin artım
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb. “Avronews” Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi məlumatına istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Operativ Qərargah bildirir ki, Azərbaycanda indiyədək ümumilikdə 806 472 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 793 268 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər vəfat edib, aktiv xəstə sayı 3 427 nəfərdir.
Ölkədə son sutka ərzində 4 852, hazırkı dövrədək isə 7 106 376 test aparılıb