Vitse-prezident: “Ölkədə insandan çox silah var”
Kamala Harris: “Son 20 ildə ABŞ-da istehsal olunan silahların sayı üç dəfə artıb”
ABŞ-ın vitse-prezidenti Kamala Harris ölkədə vətəndaşların sayından daha çox silah olduğunu, lakin onların əsasən yalnız qaradərililər üçün təhlükə yaratdığını deyib: “Son 20 ildə ölkədə istehsal olunan silahların sayı üç dəfə artıb. Bu gün ölkədə insanlardan daha çox silahımız var”.
Rəngli Əhalinin İnkişafına Yardım Milli Assosiasiyasının iclasında çıxış edən Harrisin sözlərinə görə, silahlı hücumların qurbanlarının əksəriyyətini qaradərililər təşkil edir: “Qaradərililər ABŞ əhalisinin 13%-ni təşkil edir, lakin silahlı qətllərin qurbanlarının 62%-i də məhz onlardır”.
Odlu silahlarla bağlı insidentlərin statistikasını toplayan “Gun Violence Archive” portalının məlumatına görə, ilin əvvəlindən ABŞ-da 11000 nəfərdən çox insan həlak olub, 21000 nəfərə yaxın insan yaralanıb.
Əvvəlki ilin silah sahibliyi statistikası göstərib ki, ABŞ-da hər 100 nəfərə 120,5 silah düşür.
(osnmedia.ru)