OPEC-in Baş katibi vəfat edib

OPEC-in Baş katibi vəfat edib

O, bu ilin avqustunda vəzifəsini küveytli neft eksperti Haytam al-Qaisə ötürəcəkdi

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindo vəfat edib. “Avronews” xəbər verir ki, bu barədə Nigeriya Beynəlxalq Neft Şirkətinin Baş direktoru Mele Kyari məlumat verib.

Altmış üç yaşında vəfat edən Baş katibin ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Barkindo 2016-cı il avqustun 1-dən vəfat edənə qədər OPEC-in Baş katibi olub. O, bu ilin avqustun 1-də vəzifəsini küveytli neft eksperti Haytam al-Qaisə ötürəcəkdi.