Fransada “qeyri-avropalılara patoloji nifrət” davası

Fransada “qeyri-avropalılara patoloji nifrət” davası

Cümə günündən bəri Paris çalxalanır

"Qeyri-avropalı əcnəbilərə patoloji nifrət" - Paris prokurorluğu Kürd Mədəniyyət Mərkəzinin yaxınlığındakı atışmada üç nəfərin ölümündə ittiham olunan 69 yaşlı Uilyam M.-dən sitat gətirib.

Agentliyin kommünikesində cinayəti törətdiyi iddia edilən şəxs "depressiyada" və "intihara meyilli" kimi təsvir edilib. Saxlanılan şəxs müstəntiqlərə bildirib ki, guya 6 il əvvəl evinə basqın və oğurluq olub ki, bundan sonra onda “irqçilik zəminində nifrət” hissləri yaranıb.

Həmçinin bildirilir ki, müttəhim əvvəlcə Parisin şimal ətrafı - Sen-Denidə silahlı hücum təşkil etmək niyyətində olub, lakin sonradan planlarını dəyişib.

Rue de Engien küçəsindəki faciədən əvvəl ona qarşı artıq 3 cinayət işi açılmışdı. Xüsusilə, keçmiş qatar maşinisti miqrant düşərgəsinə qılıncla hücum etdiyinə görə həbsdə olub.

Təqsirləndirilən şəxs psixiatriya xəstəxanasına aparılıb, sonradan onun bazar ertəsi müstəntiqin qarşısına çıxacağı bildirilib.

Fransadakı kürd təşkilatlarının nümayəndələrinin və bir sıra solçu siyasətçilərin bəyanatlarına baxmayaraq, hüquq-mühafizə orqanları terror aktı və ya siyasi sui-qəsd versiyasını nəzərdən keçirmir.

Cümə günündən bəri Fransa paytaxtı narahatdır: kürd icması ilə həmrəylik nümayişləri soyqırımları, yanğınlar və polis əməkdaşlarına hücumlarla müşayiət olunub.

(Euronews)