“Əcdadlarımın etdiklərinə görə üzr istəyirəm” – 200 ildən sonra və sözsüz...

“Əcdadlarımın etdiklərinə görə üzr istəyirəm” –

“İşgəncə alətlərini gördüm... utandım və eyni zamanda hiss etdim ki... Keçmişi düzəltmək mümkün deyil, ancaq...”

Keçmişdə 6 şəkər plantasiyasına sahib olan britaniyalı aristokrat Trevelyan ailəsi Karib dənizindəki Qrenada adasının sakinlərindən açıq şəkildə üzr istəyəcək və təzminat ödəyəcək.

19-cu əsrdə Trevelyan ailəsinin plantasiyalarında 1000-dən çox qul işləyirdi. Ailə üzvlərindən biri olan BBC müxbiri Laura Trevelyan 2022-ci ildə Qrenadaya səfər edib və onun əcdadlarının 1833-cü ildə köləliyin ləğvindən sonra Britaniya hökumətindən təzminat almasından şok olub. Azad edilmiş qullar isə heç nə almayıblar...

Laura Trevelyan sənədli film çəkmək üçün 2022-ci ildə adaya səfərini xatırlayıb: “Dəhşətli idi... Mən öz gözlərimlə qulların cəzalandırıldığı plantasiyaları gördüm, onları ram etmək üçün istifadə edilən işgəncə alətlərini gördüm. Mən utandım və eyni zamanda hiss etdim ki, Bu, mənim borcum idi. Keçmişi düzəltmək mümkün deyil - ancaq əzabları tanıya bilərsiniz”.

Trevelyanın sözlərinə görə, onun ailəsinin yeddi üzvü fevralın sonunda Qrenadaya səfər edərək ada xalqından açıq üzr istəyəcək. Ailə, həmçinin, adanın iqtisadi inkişafı üçün ictimai fond yaratmaq məqsədilə 100 000 funt sterlinq (120 000 dollar) bağışlayacaq.

Laura Trevelyanın dediyinə görə, 1834-cü ildə onun əcdadları Qrenadadakı “mülk”lərinə görə təqribən 34 000 funt-sterlinq kompensasiya alıblar. Bu, günün hesablaması ilə bu təxminən üç milyon funt-sterlinqdir.

"200 ildən sonra 100 000 funt sterlinq ianə vermək kifayət etməz, amma ümid edirəm ki, əcdadlarımızın etdiklərinə görə üzr istəməklə biz nümunə göstərmişik", - deyə jurnalist bildirib.

Qrenada Milli Təzminat Komissiyası müasir Trevelyanların hərəkətlərini təqdirəlayiq adlandırıb. Laura Trevelyan hazırda Nyu-Yorkda yaşayır. O, Qrenadaya son illərdə ABŞ-da baş verən irqi məsələlərə münasibətdə dönüş nöqtəsi olduğuna görə səfər etmək istədiyini bildirib.

Yaxın keçmişdə afro-amerikalıların silsilə şəkildə öldürülməsi ABŞ-da “Qaradərililərin Həyatı Önəmlidir” hərəkatının artmasına səbəb olub və bu hərəkat digər ölkələrə də yayılıb.

Hərəkatın məqsədləri irqi motivli zorakılıqla, o cümlədən polis tərəfindən qaradərililərə və digər azlıqlara qarşı mübarizədir. Hərəkatın hərəkətlərinin əlavə məhsullarından biri fəalların köləliyə görə təzminat ödənilməsini tələb etdiyi bir sıra ölkələrin hökumətlərinə ictimai təzyiqin artmasıdır.

Qrenada 125 000 əhalisi və illik ÜDM-i 1 milyard dollardan bir qədər çox olan Karib dənizinin cənub-şərqində yerləşən ada dövlətidir. Sakinlərin demək olar ki, 83%-i Afrika qullarının nəslindəndir.

(BBC)