Şimali Koreya dünyaya “əzələ nümayiş etdirir”
Taktiki nüvə raketləri ilə zərbələrin simulyasiyası həyata keçirilib
Şimali Koreya (KXDR) lideri Kim Çen İn sentyabrın 25-dən oktyabrın 9-dək raket buraxılış təlimində iştirak edib. Bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Təlimlər zamanı KXDR hərbçiləri taktiki nüvə raketləri ilə zərbənin simulyasiyasını həyata keçiriblər. Təlimlər “düşmən təxribatlarına” cavab olaraq təşkil olunub.
Yaponiyanın Baş naziri Fumio Kişida KXDR tərəfindən yayılan məlumatı şərh edərkən bildirib ki, ölkəsinin hökuməti ABŞ və Cənubi Koreya ilə birlikdə KXDR-in artan hərbi fəallığı fonunda onun addımlarını diqqətlə izləyir.
(Euronews)