Katolik kilsəsində 89 zorlama faktı aşkarlanıb
Baş verənlərlə əlaqədar 70-ə yaxın şübhəlinin şəxsiyyəti müəyyən edilib
İtaliyanın katolik yepiskopları kilsədə cinsi qısnama və zorakılıq haqqında ilk hesabatı təqdim ediblər. Sənəd son iki ildə bu qəbildən olan onlarla işə istinad edir. 89 qurban və 70-ə yaxın şübhəlinin şəxsiyyəti müəyyən edilib.
Ümumilikdə, İtaliya Yepiskoplar Konfransının vitse-prezidenti Cüzeppe Baturinin sözlərinə görə, Vatikan 2000-ci ildən bəri Apennin adalarında cinsi zorakılığa dair 600-dən çox dosye araşdırıb - söhbət yalnız etibarlı hesab edilən və Roma Katolik Kilsəsinin müvafiq reyestrinə daxil edilmiş hesabatlardan gedir.
(Euronews)