“Rus ilə satqın çeçen arasında fərq yoxdur”

“Rus ilə satqın çeçen arasında fərq yoxdur”

Çeçen döyüşçü: “Rus dünyası hara gedirsə, orada dağıntı var, ölüm var, qan axır

Bir neçə yüz çeçenin Ukraynada rus qoşunlarına qarşı döyüşdüyü təxmin edilir. Onların arasında kod adı Maqa olan 29 yaşlı Məhəmməd də var. 2014-cü ildən buradadır.

"Rus dünyası hara gedirsə, orada dağıntı var, ölüm var, qan axır. Bu dəyişmir: Rusiya hara gedirsə, hər yerdə eyni vəziyyət yaranır", - Maqa deyir.

O, əvvəlki iki çeçen müharibəsində iştirak etmək üçün hələ çox gənc idi. Amma onun batalyonunun komandir müavini Müslüm Mədiyev indi ruslara qarşı üçüncü müharibədə iştirak edir.

Müslüm deyir: “Biz vaxtil “bu canavar sizə tərəf gəlir, dayandırın, bizə kömək edin” deyəndə heç kim bizə kömək etmədi. Bizim indiki kimi artilleriyamız yox idi, amma burada HIMARS-lar işləyir”.

Bu çeçenlər Ukraynanın tərəfində vuruşurlar, amma Rusiyanın tərəfində də döyüşən çeçenlər var. Fevralın 26-da Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Çeçenistan silahlı qüvvələrinin Ukraynaya yeridildiyini elan edərək, Vladimir Putinin “düzgün qərar verdiyini” deyib.

“Bəli, mən çox yaxşı başa düşürəm ki, bizə qarşı döyüşən çeçenlər ola bilər. Amma bunlar rus əsgərləridir. Bunlar mənim xalqımı məhv edən eyni əsgərlərdir. Mən rus ilə satqın çeçen arasında fərq görmürəm”, - deyə Maqa vurğulayır.

(Euronews)